İlk imperatorun ürəyi ölkəsinə gətirildi – QIZIL QUTUDA
24 avqust 2022 05:32 (UTC +04:00)

İlk imperatorun ürəyi ölkəsinə gətirildi – QIZIL QUTUDA

Braziliyanın ilk imperatoru Birinci Pedrunun ürəyi ölkəyə gətirilib.

Lent.az-ın xəbərinə görə, təntənəli mərasimdə prezident Jair Bolsonaro da iştirak edib. Portuqaliyanın Portu şəhərində saxlanan balzamlanmış ürəyin olduğu qızıl sakrofaqı həmin şəhərin polis rəisi Bolsonaroya təqdim edib. 

Qeyd edək ki, Birinci Pedru (1798-1834) 1822-ci il 7 sentyabrda Braziliyanın Portuqaliyadan müstəqilliyini elan edərək konstitusiyalı imperiya yaradıb. 9 ildən sonra imperator Portuqaliyaya qayıdıb. 

1834-cü ildə Portuqaliyada vəfat edən hökmdarın cənazəsi 1972-ci ildə Braziliyada təkrar dəfn edilsə də, mumiyalanmış ürəyi Portoda saxlanılıb. 9 kiloqramlıq qızıl sarkofaqda qorunan ürək ilk dəfədir Portuqaliya ərazisindən kənara çıxarılıb. 187 yaşlı cənazə qalığı ölkənin müstəqillik gününədək paytaxtda nümayiş etdiriləcək. 8 sentyabrda isə xüsusi heyət onu Portuqaliyaya qaytaracaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2349
avatar

Oxşar yazılar