Şahzadə Anna rəsmi olaraq 2022-ci ilin Britaniya kral ailəsinin ən çalışqan üzvü kimi tanınıb.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, ilin ən zəhmətkeş titulu bir daha Şahzadə Annaya çatıb.
72 yaşlı Şahzadə Anna bu il ABŞ və Folklend adalarına səfərlər də daxil olmaqla 214 tədbirə ev sahibliyi edib. Reytinqdə ikinci yerdə il ərzində 181 tədbirdə iştirak edən Böyük Britaniya kralı III Çarlz qərarlaşıb.
Üçüncü yerdə 143 görüş keçirən kiçik qardaşı Şahzadə Edvard, dördüncü yerdə isə həyat yoldaşı Sofi Vesseks 138 tədbirlə yer alıb. Şahzadə Uilyam beşinci yerdə qərarlaşıb - 2022-ci ildə Britaniya taxtının varisi 126 görüşdə iştirak edib, onun həyat yoldaşı Keyt Middlton isə siyahıda doqquzuncu olub.
Altıncı yeri 102 tədbirdə iştirak edən Kraliça Consort Camilla tutub. Yeddinci və səkkizinci yerləri Qloster hersoqu və hersoginyası tutub.