Amerikanın İndiana ştatında yaşayan 35 yaşlı qadın çox su içdiyi üçün həyatını itirib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Eşli Summers adlı qadın iyulun əvvəlində əri və iki qızı ilə birlikdə “Freeman” gölünə ailəvi tətilə gedib. Ancaq tətilinin son günlərinə yaxın bəzi şeylər tərs getməyə başlayıb.
O, gün ərzində nə qədər su içsə də, susuzluğunun keçmədiyini görüb. Qardaşı Devon Miller bildirib ki, Summers cəmi 20 dəqiqə ərzində 4 şüşə su içib.
Davamlı baş ağrısı və susuzluqdan şikayət edən qadın tətildən qayıtdıqdan sonra evinin qarşısında huşunu itirib.
“IU Health Arnett” xəstəxanasına aparılan qadını xilas etmək mümkün olmayıb.
Həkimlər onun ölüm səbəbinin sudan zəhərlənmə olduğunu bildiriblər.