Yeni Moskvanın Oznobişino kəndində iki dəfə koronavirusa yoluxan 81 yaşlı qadın intihar edib.
Lent.az-ın Rusiya mediasına istinadla verdiyi xəbərə görə, qadının meyiti iyulun 27-də aşkar olunub.
Qızının sözlərinə görə, anası iki dəfə korionavirusa yoluxduğundan vəziyyəti ağırlaşıb və bundan sonra 2 dəfə intihara cəhd edibmiş.
İyulun 19-da isə Novosibirskdəki xəstəxanalardan birində koronavirusa yoluxan 73 yaşlı kişi özünü öldürüb.