Kambocada hoteldə baş vermiş yanğında ölən və yaralananların sayı artıb.
APA xəbər verir ki, bu barədə “Fresh News” portal məlumat yayıb.
Poipet şəhərindəki "Diamond City Hotel and Casino"da baş verən yanğın nəticəsində ölənlərin sayı 26 nəfərə çatıb.
Ölənlərdən 17-i Nepal, Malayziya və Çin vətəndaşı olub.
Bundan başqa, 57 nəfər yaralanıb.
***
29.12.2022
Saat 07:10
Kambocada hoteldə yanğın olub.
Lent.az xəbər verir ki, bu barədə “Fresh News” portal məlumat yayıb.
Tailandla sərhədində yerləşən Poipet şəhərindəki yanğında 10 nəfər ölüb.
Daha 30 nəfər isə yaralanıb.
Binanın tamamilə yandığı bildirilir.
Yanğının yanacaq çəninin partlaması nəticəsində baş verdiyi ehtimal edilir.