Hindistanda nadir rast gəlinən DƏHŞƏTLİ İNFEKSİYA AŞKARLANDI
10 may 2021 08:22 (UTC +04:00)

Hindistanda nadir rast gəlinən DƏHŞƏTLİ İNFEKSİYA AŞKARLANDI

Hindistandakı həkimlər ölkədə “mukormikoza” adlanan nadir və aqressiv göbələk infeksiyasının yayıldığını bildirib.

APA BBC-yə istinadən xəbər verir ki, “mukormikoza” ən çox nəm otaqlarda, səthlərdə, torpaqda, bitkilərdə, çürüyən tərəvəz və meyvələrdə nadir rast gəlinən göbələk sporudur.

Mütəxəssislər bildirib ki, bu infeksiya tənəffüs vasitəsilə insanlara keçə bilir: “Bu infeksiya beynə, ağ ciyərlərə təsir edir. Şəkərli diabet, xərçəng xəstələri və ya HİV, QİÇS kimi ağır immun çatışmazlığı olan insanlar üçün həyati təhlükə yarada bilər”.

İnfeksiyanın meydana gəlməsi isə koronavirusun müalicəsində istifadə edilən steroidlə əlaqələndirilir.

Hindistanlı mütəxəssislər, bu səbəbdən ümumi ölüm nisbətinin 50 faizə çata biləcəyini açıqlayıblar.

# 1758
avatar

Oxşar yazılar