Hindistanın şimalında yerləşən Uttar-Pradeş və Racastxan əyalətlərində ildırım vurması nəticəsində 38 nəfər ölüb.
Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Uttar-Pradeşdə 20 nəfər, Racastxanda isə 18 nəfər ölüb. 20-dən çox insan isə yaralanıb.
Məlumata görə, Racastxan əyalətinin Caypur şəhərində ildırım 11 nəfəri XII əsrdən qalma Amber qülləsində şəkil çəkdirərkən vurub.
Rəsmilər ildırım vurması nəticəsində ölən və yaralananların yaxınlarına təzminat veriləcəyini açıqlayıb.