Hindistanın Qərbi Benqal əyalətində yük qatarı sərnişin daşıyan qatarın sonuncu vaqonuna çırpılıb
Lent.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Məlumata görə, qəza nəticəsində 15 nəfər ölüb, onlarla sərnişin yaralanıb.
Bildirilib ki, ilkin ehtimallara görə hadisə yük qatarının maşinistinin səhvindən irəli gəlib.