Hindistan əhali sayında Çini keçdi - BİRİNCİ YER
17 aprel 2024 22:50 (UTC +04:00)

Hindistan əhali sayında Çini keçdi - BİRİNCİ YER

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub.

Lent.az xəbər verir ki, bu barədə BMT-nin Əhali Fondunun (UNFPA) hesabatında deyilir.

Hazırda bu ölkədə 1 milyard 442 milyon insan var.

İkinci yerdə 1 milyard 425 milyonla Çindir.

Fond Hindistan əhalisinin artımını ölkədə sosial-iqtisadi vəziyyətin yaxşılaşması və ana ölümü səviyyəsinin azalması ilə əlaqələndirir.

BMT-nin hesablamalarına görə, 1990-cı ildə dünyada ana ölümlərinin 26 faizi Hindistanın payına düşüb, 2020-ci ilə qədər bu rəqəm səkkiz olub.

Hesabata görə, hazırda Hindistan əhalisinin 26 fazii 10-24 yaş arasındadır.

Ötən il ölkədə orta ömür həddi kişilər üçün 71, qadınlar üçün isə 74 yaş hesab edilib.

2011-ci ildə aparılan son siyahıyaalmaya görə, Hindistanın əhalisi 1 milyard 210 milyon idi.

Çinin əhalisi, BMT-nin hesablamalarına görə, 2022-ci ildə 1milyard 426 milyon nəfərə çatıb və azalmağa başlayıb.

Mütəxəssislər bu əsrin sonuna qədər Çin əhalisinin 1 milyarddan aşağı düşəcəyini proqnozlaşdırıblar.

Digər tərəfdən Hindistan əhalisinin növbəti bir neçə onillikdə artmağa davam edəcəyi gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6768
avatar

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35