Həmcinsi ilə münasibətdə olan nazir istefa verdi
12 aprel 2024 15:51 (UTC +04:00)

Həmcinsi ilə münasibətdə olan nazir istefa verdi

Rusiyanın Samara vilayətinin gənclər siyasəti naziri Sergey Burtsev tabeliyində olan işçi ilə eynicinsli münasibətdə ittiham olunduqdan sonra istefa verib.

Lent.az yerli mediaya istinadla bildirir ki, bundan əvvəl Dövlət Dumasının deputatı Alexander Xinşteyn Telegram-da Burtsevin bir işçi ilə birgə tətili barədə danışıb. 

Onun sözlərinə görə, kişilər bir həftə eyni studiya otağında yaşayıblar. Xinşteyn deyib ki, əgər onun vəzifə öhdəliklərinə gənclərlə işləmək daxil deyilsə, o, bir insanın şəxsi həyatı haqqında yazmayacaq. Yazdığı abzasların birini Dövlət Dumasının deputatı toyuq və ya xoruz başı şəklində toyuq emojisi ilə qeyd edib.

İstefa verən Burtsev “söylənən fərziyyələrlə qətiyyən razı olmadığını” deyib və əlavə edib ki, “zaman hər şeyi öz yerinə qoyacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3864
avatar

Oxşar yazılar