Helikopter qəzaya uğradı, iki nəfər öldü
23 iyul 2022 02:29 (UTC +04:00)

Helikopter qəzaya uğradı, iki nəfər öldü

0

ABŞ-ın Aydaho ştatının dağlıq bölgəsində “CH-47 Chinook” helikopteri qəzaya uğrayıb.

Lent.az xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.

Sözügedən helikopter meşə yanğının söndürülməsi üçün havaya qalxmışıdı.

Xilasedicilər dərhal helikopterin qəzaya uğradığı yeri müəyyən edərək hər iki pilotu xəstəxanaya çatdırıblar.

Bildirilir ki, pilotların xəstəxanaya çatdırılmasına baxmayaraq, onları xilas etmək mümkün olmayıb.

Qəzanın səbəbi məlum deyil.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1511

Oxşar yazılar