Ermənistandakı həbsxanaların birində meyit tapılıb.
Lent.az-ın Ermənistan mətbuatına istinadən məlumatına görə, “Armabir” islah əmək müəssisəsində həbsxana işçisinin özünü güllələdiyi məlum olub.
Məlumata görə, o, xidmət silahı ilə başından iki güllə vurub.
Faktla bağlı araşdırma aparılır.