Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyənin “Baykar” şirkətinin rəhbəri Haluk Bayraktarı qəbul edib.
Lent.az-ın UNİAN-a istinadla məlumatına görə, görüşdə Ukraynada yeni zavodun tikintisinin təfərrüatları müzakirə edilib.
Görüşdə tərəflər PUA-ların istehsalında Ukrayna detallarından istifadə məsələsini də müzakirə ediblər.
Volodimir Zelenski Haluk Bayraktara 1-ci dərəcəli "Xidmətə görə" ordeni təqdim edib.