Gürcüstanın Kutaisi şəhərində “Gürcüstan Bankı”na silahlı hücum zamanı girov götürülən 12 nəfər azad edilib.
Lent.az APA-ya istinadən xəbər verir ki, məlumatı Gürcüstan Daxili İşlər Nazirliyi yayıb.
Bildirilib ki, hücumu törətmiş şəxs hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb və xüsusi əməliyyat başa çatıb.
***
Saat 14:39
Gürcüstanın Kutaisi şəhərində silahlı şəxs Gürcüstan Bankı-nın filialına daxil olaraq bir neçə nəfəri girov götürüb.
Lent.az APA-ya istinadla bildirir ki, məlumatı Gürcüstan Daxili İşlər Nazirliyi yayıb. Hadisə şahidlərinin “Mtavari Arxi” telekanalına verdiyi məlumata görə basqını törədən maskalı şəxsin banka daxil olmasından sonra atəş səsi eşidilib. Bank filialının içərisində işçilər də daxil olmaqla, 12 nəfərin olduğu bildirilib. Məlumata əsasən, basqın edən şəxs girovların qarşılığında 2 milyon dolla tələb edib.
Bildirilib ki, hadisə ilə əlaqədar polis xüsusi əməliyyata başlayıb, bank mühasirəyə alınıb və ətrafında hərəkət məhdudlaşdırılıb.
Nazirlik vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.