Gürcüstanda açıq məkanlarda maska taxmaq məcburi oldu.
Lent.az 24News.ge istinadən məlumatına görə, bu barədə İdarələrarası Koordinasiya Şurası qərar verib.
Qərara əsasən, açıq havada maskanın taxılması ilə bağlı qanun, bu gündən etibarən qüvvəyə minir. Səhiyyə naziri Ekaterine Tikaradze, Koordinasiya Şurasının iclasından sonra keçirilən brifinq zamanı dördüncü dalğanın asan keçməsi üçün, maskanın əhəmiyyətli rol oynayacağını və buna görə də bu gündən etibarən həm qapalı, həm də açıq məkanlarda maskanın taxılmasının məcburi olduğunu bildirib:
"Şuranın qərarı ilə, maskanın məcburi taxılması ilə bağlı yeni bir nizamnamə əlavə edildi. Bu gündən etibarən qapalı və açıq havada maska istifadə etmək məcburidir. İnfeksiyadan qorunmaq üçün maskanın nə qədər təsirli olduğu barəsində biz aylardır danışırıq. Mövcud epidemiyanı nəzərə alsaq, bunun dördüncü dalğanı təsirli şəkildə aşa bilməyimiz üçün ən əhəmiyyətli və təsirli vasitələrdən biri olacağına inanırıq", - deyə E. Tikaradze bildirib.
Xatırladaq ki, Karantin və İzolyasiya qaydalarını pozaraq maska taxmayan şəxslər, ilk dəfə 20 lari, ikinci dəfə də isə 40 lari cərimə olunurlar.
Sevinc Fərid