Türkiyədəki zəlzələnin digər adsız qəhrəmanları itlərdir.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, xüsusi təlim keçmiş axtarış-xilasetmə itləri Türkiyədə dağıntılar arasında qaçır ən kiçik bir həyat əlaməti olarsa, onu duyur və dərhal xəbərdarlıq edirlər.
Türkiyə və xarici komandaların itləri son 4 gündə onlarla insanın dağıntılar altından sağ çıxarılmasına kömək edib. Malatyada baş verən zəlzələdə axtarış-xilasetmə işlərinə qatılmaq üçün Fransadan gələn qrup da K9 itləri ilə axtarış-xilasetmə işlərinə qatılıb.
Axtarış-xilasetmə iti yorğunluqdan halsız düşüb. İlkin tibbi yardım həkimlər tərəfindən göstərilib.
Van qrupu ilə birlikdə işləyən 4 yaşlı Axtarış-Xilasetmə iti Köpük 6 nəfərin dağıntılar altından çıxarılmasına kömək edib. Nəhayət, zəlzələdən düz 72 saat sonra Golden Retriever Köpük 60 yaşlı Meral Nakiri dağıntılar altında tapıb və həyəcan siqnalı verib.