Rusiyanın Kurqan vilayətində meşə yanğında 3 nəfər həlak olub.
Lent.az xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsi məlumat yayıb.
Bildirilib ki, ölənlərin sayı aarta bilər.
Qeyd olunub ki, yanğının sahəsi genişlənib.
***
07.05.2023
Saat 22:38
Rusiyanın Kurqan vilayətində güclü meşə yanğınları başlayıb.
Lent.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Hadisə ilə əlaqədar ətraf kəndlərdə yaşayan sakinlər təxliyə olunub.
Yuldus kəndində məktəb və 20 ev yanıb.
Bölgədə fövqəladə vəziyyət elan olunub.