Fransa qarışdı  - Baş nazir sabah səhər istefa verəcək
05 dekabr 2024 03:24 (UTC +04:00)

Fransa qarışdı - Baş nazir sabah səhər istefa verəcək

Fransanın baş naziri Mişel Barnier Milli Assambleyada etimadsızlıq səsverməsindən sonra dekabrın 5-i səhər saatlarında istefa ərizəsini prezident Emmanuel Makrona təqdim edəcək.

Lent.az xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti Yelisey sarayındakı mənbəyə istinadən məlumat yayıb.

Nəşrin qeyd etdiyinə görə Mişel Barnierin cümə axşamı səhər Yelisey sarayında istefasını rəsmən təqdim edəcəyi gözlənilir.

Bundan əvvəl BFMTV Fransa prezidentinin Barnier hökumətinə etimadsızlıq səsverməsindən sonra 24 saat ərzində yeni baş nazir təyin etmək niyyətində olduğunu yazmışdı.

Sentyabrın 5-də baş nazir təyin edilən 73 yaşlı Barnierin hökuməti ölkə tarixində ən qısa hökumət oldu və o cəmi 90 gün davam etdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2457
avatar

Oxşar yazılar