Filippində ötən gün baş vermiş 7 bal gücündə zəlzələnin doğurduğu fəsadlar məlum olub.
Lent.az-ın TASS-a istinadən xəbərinə görə, təbii fəlakət 13 minədək insanın həyatına təsir edib.
Zəlzələ nəticəsində 4 nəfər ölüb, 64 nəfər xəsarət alıb. İtkin düşən yoxdur. 2 min nəfərədək sakin təhlükəsiz əraziyə köçürülüb.
Yeraltı təkanlar nəticəsində doqquz yüzədək ev dağılıb, çox sayda infrastruktur obyekti zərər görüb. Məktəblərdə tədris dayandırılıb.