Hindistanın şimalındakı Pəncab əyalətinin Ludhiana şəhərindəki fabrikdə qaz sızması nəticəsində 11 nəfər ölüb.
Lent.az xəbər verir ki, Hindistan mətbuatının yazdığına görə, ölənlərdən 3-ü uşaqdır və 10-dan çox adam xəstəxanaya yerləşdirilib.
Sızıntının səbəbini müəyyən etmək üçün araşdırmalara başlanılıb.