Evdə su qızdırıcısı partladı, 3 nəfər...
06 aprel 2024 05:52 (UTC +04:00)

Evdə su qızdırıcısı partladı, 3 nəfər...

Dağıstanda yaşayış binasında su qızdırıcısı partlayıb.

Lent.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Hadisə İzberbaş şəhərində qeydə alınıb, biri uşaq olmaqla üç nəfər yanıq xəsarəti alıb.

Onlar ağır vəziyyətdə Mahaçqaladakı respublika xəstəxanasına yerləşdiriliblər.

Hadisə ilə bağlı cinayət işi açılıb.

# 1854
avatar

Oxşar yazılar