Məşhur rusiyalı müğənni Dima Bilan kriminal avtoritet Vyaçeslav İvankov “Yaponçik”lə görüşündən danışıb.
Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, hadisə “Dima Bilan” brendiylə bağlı Yana Rudkovskaya və Viktor Baturinin məhkəmə prosesi ərəfəsində baş verib.
"Həmin vaxt “Yaponçik”lə görüşdüm. Ona dedim ki, Moskvada qalmaq mənim üçün qorxuludu. Anadan olduğum Kabardin-Balkariyaya köçürəm. O, isə məni sakitləşdirdi. Dedi ki, yenidən müqavilə bağla. Heç kim sənə heç nə edə bilməz”, - deyə Bilan bildirib.
Xatırladaq ki, Dima Bilan 2008-ci ildə “Eurovision”un qalibi olub.