Suriyanın sabiq müftisi Əhməd Bədrəddin Hassun ölkədən qaçmağa cəhd edərkən həbs edilib.
Lent.az xəbər verir ki, bu haqda Suriyanın “Əl-Vatan” qəzeti məlumat yayıb.
Hassun Suriya Baş Prokurorluğunun həbs qərarından sonra hava limanında ölkədən qaçmaq istəyərkən saxlanılıb.
Sosial şəbəkələrdə onun gözləri bağlı halda fotoları yayılıb.