Ermənistanda əsirlikdə olan  hərbçimizə qarşı   növbəti cinayət işi açıldı
18 aprel 2023 19:27 (UTC +04:00)

Ermənistanda əsirlikdə olan hərbçimizə qarşı növbəti cinayət işi açıldı

Ermənistanda əsirlikdə olan Azərbaycan ordusunun hərbçisi Hüseyn Axundova qarşı növbəti cinayət işi açılıb.

Lent.az-ın Ermənistan Baş Prokurorluğuna istinadən verdiyi xəbərə görə, o, “Zəngəzur mis-molibden kombinatının gözətçisini qətlə yetirməkdə” təqsirləndirilir.

Xatırladaq ki, bir neçə gün əvvəl Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri - 19 yaşlı Bəbirov Aqşin Qabil oğlu və 20 yaşlı Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb.

Aqşin Bəbirov və Hüseyn Axundov “Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə, odlu silah və döyüş sursatı daşımaqda ittiham olunurlar”, onlar həbs edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2739
avatar

Oxşar yazılar