İrəvan-Gümrü avtomobil yolunda baş verən dəhşətli qəzada 11 nəfər ölüb.
Lent.az-ın xəbərinə görə, Ermənistan Daxili İşlər Nazirliyinin xilasetmə xidməti xəbər verir ki, Lancik kəndi yaxınlığında “Volkswagen” markalı mikroavtobus və “ZiL” markalı yük maşını toqquşub. Daha 6 nəfər xəstəxanalara yerləşdirilib.