Ermənistan Silahlı Qüvvələrinin əməkdaşı maşının aşması nəticəsində ölüb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, sentyabrın 2-nə keçən gecə təxminən saat 1-ə yaxın Çəmbərək-Draxtik yolunda 23 yaşlı Pavlikin idarə etdiyi “Mercedes” markalı avtomobil yolun hərəkət hissəsindən çıxıb.
Dayanacağa çırpılan maşın bir neçə dəfə aşaraq dərəyə düşüb. Sürücü ölüb.