Ermənilər Rusiya Müdafiə Nazirliyinə məxsus mikroavtobusun İrəvanda yol hərəkəti qaydalarını pozmasına sərt reaksiya verib, sosial şəbəkələrdə Ermənistanın dövlət strukturlarından həmin maşının sürücüsünü cəzalandırmağı tələb ediblər.
Lent.az-ın xəbərinə görə, “@military_arm” teleqram səhifəsində qeyd edilib ki, dəfələrlə Rusiya Müdafiə Nazirliyinin nömrə nişanı olan maşınların sürücülərinin özlərini kobud aparması, İrəvanın küçələrində yol hərəkəti qaydalarını pozması barədə xəbərlər alıblar.
Yol polisinin də həmin maşınlara cərimə yaza bilmədiyi aydın olub. Qeyd edilib ki, bu, müstəmləkəçilərin Afrikada davranışına bənzəyir, istədikləri kimi davranırlar.
Vurğulanıb ki, Ermənistanın güc strukturları bu sürücünü ən sərt şəkildə cəzalandırılmalıdır, əks təqdirdə növbəti dəfə bu maşının sürücüsü sakinlər tərəfindən qayda pozduğu yerdə cəzalandırılacaq.