Ərdoğan Putinə xüsusi ad günü hədiyyəsi  göndərib – Dəyəri nə qədərdir?
08 oktyabr 2024 14:39 (UTC +04:00)

Ərdoğan Putinə xüsusi ad günü hədiyyəsi göndərib – Dəyəri nə qədərdir?

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan xüsusi olaraq Rusiya lideri Vladimir Putinə ad günü hədiyyəsi göndərib.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə jurnalistlərə dövlət başçısının beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.

"Türkiyə prezidenti dünənki telefon söhbətindən əvvəl xüsusi olaraq hədiyyə göndərib", - Kremlin sözçüsü bildirib.

Uşakov bunun “yaxşı türk hədiyyəsi” olduğunu açıqlayıb. Eyni zamanda, bu hədiyyənin dövlət qulluqçuları üçün icazə verilən üç min rubl (30 dollardan çox) daxilində olub-olmaması sualına cavab verən Uşakov qeyd edib ki, hədiyyə "bir az bahadır".

Putinin ad günü üçün daha nə alması ilə bağlı danışan prezidentin köməkçisi “hədiyyələr var” deyə cavab verib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1500
avatar

Oxşar yazılar