Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO liderlərinin videokonfrans formatında keçiriləcək Zirvə görüşünə qatılacaq.
Lent.az-ın APA-ya istinadən xəbərinə görə, Türkiyə lideri buna görə Qvineya-Bisauya səfərini təxirə salıb.
Qeyd edək ki, Prezident Ərdoğan 20-22 fevral tarixlərində Konqo Demokratik Respublikasına, Seneqala səfər edib. O, bundan sonra Qvineya-Bisauya səfər etməli idi.