Vitse -prezident Əmrullah Salehin başçılıq etdiyi Əfqanıstan müqavimət qüvvələri ölkənin hər yerində nəzarəti ələ keçirən radikal “Taliban” hərəkatının yaraqlıları ilə fəal döyüşlərə başlayıblar.
Lent.az xarici mediaya istinadla bildirir ki, müqavimətçi əsgərlər Parvan əyalətindəki Çarikar bölgəsini “Taliban”dan geri alıb və yaraqlıların ala bilmədiyi yeganə bölgə olan Pəncşirdə şiddətli döyüşləri davam etdirir.
Respublikanın ən əhəmiyyətli nəqliyyat yolu Kabulu Əfqanıstanın şimalındakı ən böyük şəhər olan Məzari-Şəriflə birləşdirən Çarikardan keçir.
Qeyd olunur ki, hazırda general Əbdül Rəşid Dostum da daxil olmaqla, əfqanlara dəstək olmaq üçün on min döyüşçü Pənşirə göndərilir.