Dünyanın ən məşhur restoranından TÜRKİYƏYƏ YARDIM
09 fevral 2023 09:43 (UTC +04:00)

Dünyanın ən məşhur restoranından TÜRKİYƏYƏ YARDIM

Dünyanın ən yaxşı restoranlarından sayılan "Noma"nın aşpazı Rene Redzepi Türkiyə üçün xüsusi jest edib.  O, Yaponiyanın Kyoto şəhərindəki "pop-up" restoranında əlavə nahar xidməti açıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Redzepi bundan əldə edilən bütün gəlirin Zəlzələyə Yardım Fonduna köçürüləcəyini açıqlayıb.

Məşhur aşpaz Qaziantepdə çəkilmiş fotoşəkilləri paylaşaraq insanları köməyə çağırıb:

“Budur, Noma Kyoto-da rezervasiya edə bilməyənlər üçün əlavə şans. Zəlzələ üçün Noma Kyotoda əlavə nahar xidməti açmağa qərar verdik. Bu yeməyin bütün gəliri Türkiyə və Suriya zəlzələsinə yardım fondlarına gedəcək. Qaziantep zəlzələdən ən çox zərər çəkən şəhərlərdən biridir. Qaziantep getdiyim ən sehrli şəhərdir. Bu yerin və onun insanlarının necə inanılmaz olduğunu fotolarla görməlisiniz”.

Qeyd edək ki, naharın dəyərinin ən az 16 min TL olduğu öyrənildi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2226
avatar

Fidan İlqar

Oxşar yazılar