Dünyada milyarderlərin sayı azaldı
09 dekabr 2022 05:38 (UTC +04:00)

Dünyada milyarderlərin sayı azaldı

2022-ci ildə dünyada milyarderlərin sayı əvvəlki illə müqayisədə 2775-dən 2688-ə, onların ümumi sərvətləri isə 13,1 trilyon dollardan 12,7 trilyon dollara qədər azalıb.
Lent.az Lent.ru saytına istinadən xəbər verir ki, bu tendensiya xüsusilə Rusiyada güclü olub.

Hesabata görə, sərvəti azalan 360 nəfər dollar milyarderləri siyahısından çıxıb.

Eyni zamanda, 273 yeni milyarder planetin ən varlı adamları sırasına qoşulub.

Milyarderlərin əksəriyyəti 735 nəfərlə Amerika Birləşmiş Ştatlarındadır. Ötən illə müqayisədə onların sayı 11 nəfər, ümumi sərvəti isə demək olar ki, 7% artaraq 4,701 trilyon dollara çatıb.

Hesabatdakı məlumatlara görə, Çin milyarderlərin sayına (540) görə ikinci yerdədir. Lakin il ərzində onların sayı 86 nəfər, ümumi sərvəti isə 2,532 trilyon dollardan 2,027 trilyon dollara qədər azalıb. Almaniyada 134 (2 nəfər az), Honq-Konqda 67 (4 nəfər az), Braziliyada 62 (3 nəfər az), Böyük Britaniya 49 (7 nəfər az), Yaponiyada isə 40 (9 nəfər az) milyarder var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1503
avatar

Oxşar yazılar