Dünyada koronavirusdan yeni ÖLÜM STATİSTİKASI
20 dekabr 2020 07:00 (UTC +04:00)

Dünyada koronavirusdan yeni ÖLÜM STATİSTİKASI

Dünyada son sutkada 700 846 nəfər koronavirusa yoluxub, 13 289 nəfər ölüb. 

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabtında bildirilib.

Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 74 299 042 yoluxma hadisəsi, 1 669 982 ölüm faktı qeydə alınıb.

Yoluxmanın 50 faizdən çoxu Şimali və Cənubi Amerikanın (352 665) payına düşür. Digər yerləri isə Avropa (265 890), Cənub-Şərqi Asiya (35 166) bölüşür.

# 759
avatar

Oxşar yazılar