03:14 23 aprel 2021

Dünyada koronavirusa yoluxma və ölüm sayı YENİDƏN YÜKSƏLDİ

Dünyada son sutka ərzində 874 381 nəfər koronavirusa yoluxub, 14 033 nəfər ölüb. 

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının son hesabatında bildirilib.

Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 143 445 675 yoluxma hadisəsi, 3 051 736 ölüm faktı qeydə alınıb.

Son 24 saat ərzində yoluxmanın 37 faizdən çoxu Cənub-Şərqi Asiyanın (329 450) payına düşür. Digər yerləri isə Avropa (242 407) ilə Şimali və Cənubi Amerika (218 907) bölüşür.

# 378
avatar

Oxşar yazılar