Həbsdə olan jurnalistlərin sayı son 30 ildə rekord həddə çatıb
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, hazırda dünyada 363 jurnalist həbsdədir.
Bu, keçmişlə müqayisədə 20 faiz çoxdur.
Hazırda İranda 62 jurnalist həbsdədir.
Çində dekabrın əvvəlində 43 jurnalist dəmir barmaqlıqlar arxasında idi. Onların əksəriyyəti uyğurlardır.
Myanmada isə hazırda 42 jurnalist həbsdədir. Həbs olunan jurnalistlərin əkəriyyəti “təhrik” və “yalan xəbər” ittihamı ilə mühakimə olunub.
Türkiyədə həbsdə olan jurnalistlərin sayı 2021-ci ildəki 18 nəfərdən 2022-ci ildə 40-a yüksəlib.
Belarusda dəmir barmaqlıqlar arxasında 26 jurnalist var. Əksəriyyəti “dövlətə xəyanət”də ittiham olunur.
Xatırladaq ki, 2021-ci ildə 293 jurnalist həbs olunub. Həbslərin əksəriyyəti Çin, Myanma və Misirdə qeydə alınıb.