İngilislər “paxmel” vəziyyətinə ən çox meylli xalqdır.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu məlumatı Almaniyanın “Statista Global Consumer Survey” araşdırma şirkəti açıqlayıb.
Tədqiqatçılar səkkiz ölkənin sakinləri arasında sorğu keçiriblər: Böyük Britaniya, Fransa, Almaniya, ABŞ, Avstraliya, Kanada, Meksika və Çin.
Məlumatlara görə, Böyük Britaniyanın hər beş sakinindən biri spirtli içki qəbul etdikdən sonra səhər saatlarında “paxmel”dən əziyyət çəkir - fransızlardan iki dəfə çox, onların arasında ölkənin hər on sakinindən biri bununla "öyünə" bilər.
Tədqiqatçılar bu cür uyğunsuzluqların səbəbini də tapıblar. Onların fikrincə, fransızlar britaniyalılara nisbətən daha keyfiyyətli və daha az miqdarda spirtli içki qəbul edirlər ki, bunun da nəticəsində “paxmel”inağrılı əlamətlərini daha az hiss edirlər.