Avqustun 23-də Yerə təxminən 6 milyon kilometr məsafədən 6037 asteroidi (1988 EG) keçəcək.
Lent.az xəbər verir ki, bu barədə ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) məlumat yayıb.
Qeyd olunub ki, Yerə 7,5 milyon kilometrdən az yaxınlaşan kosmik obyektlər potensial təhlükəli sayılır.
6037 asteroidi avqustun 23-də Bakı vaxtı ilə saat 12:18-də minimum 6,1 milyon kilometr məsafədə yaxınlaşacaq.
Bununla o, Yerin orbitini keçəcək.
Asteroidin diametri 430-960 metr, sürəti 14,3 kilometr/saat olacaq.