Dünya tarixinin ən məşhur teleqramları: Salmanov elə bir xəbər vermişdi ki...
16 iyun 2022 16:25 (UTC +04:00)

Dünya tarixinin ən məşhur teleqramları: Salmanov elə bir xəbər vermişdi ki...

Dünyada indiyədək göndərilmiş 5 ən məşhur teleqram müəyyənləşdirilib.

Lent. az-ın xarici KİV-ə istinadən məlumatına görə, ilk sırada Samuel Morzenin 1836-cı il yanvarın 6-da Nyu-Cersi ştatının Morristaun şəhərindən göndərdiyi teleqramdır. 

“Tanrı nələrə qadir deyilmiş” yazılmış teleqram dünyada ilk hesab olunur.

“Titanik” batandan sonra gəmidə olan və möcüzə nəticəsində sağ qurtulan Bryus İsmeyin göndərdiyi teleqram da ən məşhurlar sırasındadır.

Həmin teleqramın mətni belə idi. “Təəssüf hissi ilə bildirirəm ki, bu gün aprelin 15-i səhər aysberqlə toqquşmadan sonra “Titanik” batdı”. 

1897-ci il avqustunda amerikalı qəzet maqnatı Frederik Reminqton Kubaya ezam olunmuş müxbirinə belə bir teleqram göndərir. “Xahiş edirəm, orada qal. Mən müharibəni təşkil edəcəm”. Yeri gəlmişkən az sonra Kubada vətəndaş müharibəsi başlayır. 

22 fevral 1946-cı ildə ABŞ-ın SSRİ-dəki səfiri Corc Kennan Ağ Evə belə bir teleqram göndərir. “Moskva ilə əməkdaşlıq mümkün deyil”. Bu, on illərlə davam edəcək soyuq müharibənin başlanğıcı idi.


Və nəhayət, dünya tarixini ən məşhur teleqramları arasında azərbaycanlı geoloq Fərman Salmanovun sovet lideri Nikita Xruşova göndərdiyi teleqram da var. 21 mart 1961-ci ildə Moskvaya, Kremlə göndərilmiş teleqramda belə deyilirdi: “Mən neft tapdım.  Salmanov. Bax, belə".


Yeri gəlmişkən, Salmanov 123 neft yatağı kəşf etmişdi. İndi Rusiya neftinin yarısından çoxu bu yataqlardan çıxarılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7896
avatar

Səbuhi Sədəf

Oxşar yazılar