25 iyun 2021 07:26 (UTC +04:00)

Döyüş sənəti məktəbində güclü yanğın - 18 NƏFƏR ÖLDÜ

Çinin Henan əyalətinin Şantsyu şəhərində təlim mərkəzində baş vermiş güclü yanğın nəticəsində azı 18 nəfər ölüb, 16 nəfər isə xəsarət alıb.

APA xəbər verir ki, bu barədə “CGTN” telekanalı yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Məlumata görə, hadisə döyüş sənətinin tədris olunduğu məktəbində baş verib.

Hadisənin digər təfərrüatları hələlik açıqlanmayıb.

# 831
avatar

Oxşar yazılar