Dostunu onsuz içki içdiyinə görə  öldürdü
16 avqust 2022 21:32 (UTC +04:00)

Dostunu onsuz içki içdiyinə görə öldürdü

Rusiyada bir nəfər dostunu öldürməkdə təqsirli bilinib. 

Lent.az xəbər verir ki, bu barədə İstintaq Komitəsinin regional idarəsinin mətbuat xidməti məlumat yayıb.

Cinayət 2021-ci il noyabrın 21-dən 22-nə keçən gecə törədilib. Voloqdanın iki sakini spirtli içki qəbul edərək mübahisə edib. Daha sonra onlardan biri digərinin başına vuraraq onu yerə yıxıb və 60 dəfədən çox zərbə endirib.

Daha sonra təcavüzkar cinayətin izlərini gizlətmək qərarına gəlib.

O, öldürdüyü şəxsin cəsədini dərəyə atıb.

Hücum edən şəxs saxlanılıb. O, dindirilmə zamanı bildirib ki, münaqişəyə səbəb dostunun onsuz içki içməsi olub.

Məhkəmənin hökmü ilə o, 8 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2757
avatar

Oxşar yazılar