İranın Ali lideri Ayətullah Əli Xamenei
02 may 2021 23:19 (UTC +04:00)

İranın Ali lideri Ayətullah Əli Xamenei

"Dostlarına demişdi ki, məni dağlarda-düzlərdə axtardığım şeylə hədələyirlər" - AYƏTULLAHDAN GENERAL AÇIQLAMASI

İranın Ali lideri Ayətullah Əli Xamenei "müəllim" və "zəhmətkeşlər" günü münasibətilə canlı yayımlanan çıxışında Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı qüvvələrinin keçmiş komandanı general Qasim Süleymani ilə bağlı yayımlanan son səs yazısına da münasibət bildirib.

APA-nın Tehran bürosunun məlumatına görə, bu mövzuya üstüörtülü toxunan Ayətullah Xamenei deyib ki, bəzi sözlər ABŞ-ın iddialarının təkrarıdır: "Məsələn, amerikalılar çoxdandır İranın nüfuzundan xeyli narahatdırlar. Şəhid Süleymanidən buna görə şikayətlənirdilər. Bu səbəbdən də onu öldürdülər. Qüds briqadası və Süleymani haqda danışarkən diqqətli olsunlar. Qüds briqadası Qərbi Asiyada diplomatiyamızın aktivliyinə öz töhfəsini vermişdir".

Qüds briqadasının keçmiş komandiri Süleymaniyə qarşı terror edilməsinə toxunaraq Ayətullah Xamenei bildirib ki, onu qətlə yetirəcəkləri ilə bağlı təhdid etmişdilər: “O da dostlarına demişdi ki, məni dağlarda-düzlərdə axtardığım şeylə hədələyirlər. Belə fədakar insanlarımız var”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2235
avatar

Oxşar yazılar