Dostları ilə mərcləşib müəllimini yoldan çıxardı
11 iyun 2021 00:59 (UTC +04:00)

Dostları ilə mərcləşib müəllimini yoldan çıxardı

Rusiyanın Krasnoyarsk vilayətindəki kənd məktəblərindən birində yaşanan olay tək burada deyil, ətraf kəndlərdə də rezonans doğurub. Söhbət 14 yaşlı məktəbli Maksimin dostları ilə qeyri-adi mərcindən gedir.

Lent.az "milli.az"a istinadən xəbər verir ki, mübahisə belə olub ki, 27 yaşlı rus dili müəlliməsinin ağlını başından çıxaracaq. Mərcin məbləği isə 1000 rubl olub və dörd ay müddətində mərci udmalıymış. Yeniyetmə diqqəti özünə cəlb edərək müəllimə ilə dostlaşmağa müvəffəq olub. Sonra isə Maksim etiraf edib ki, aralarında sevgi yarandığından mərci ləğv edib. Aralarında eşq dastanı intim münasibətlərə kimi gedib çıxıb.

Bu münasibət hər kəsə, hətta müəllimənin ərinə də gedib çatıb. Maraqlıdır ki, müəllimə özü polisə gəlib məktəbli ilə əlaqəsi barədə məlumat verib. Sonra işdən çıxaraq başqa kəndə gedib. Onun barəsində cinayət işi qaldırılması ilə bağlı məlumat yoxdur. Lakin müstəntiqlər onun şərti iş ala biləcəyini istisna etmirlər. Şagirdi isə artıq dəqiq həbs gözləyir.

# 4530
avatar

Oxşar yazılar