Nigerin qərbində dini radikallar olduğu ehtimal edilən şəxslərin hücumu nəticəsində 29 hərbçi ölüb.
Lent.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Bildirilib, bu hadisə hərbçilərin hakimiyyəti ələ keçirməsindən sonra ölkədə baş verən ən qanlı insidentdir.
Nazirliyin televiziya vasitəsilə yayımlanan bəyanatında deyilib ki, 100-dən çox terrorçu hadisədə iştirak edib.
Hücum edənlər “əldəqayırma partlayıcı qurğular və kamikadze nəqliyyat vasitələrindən” istifadə ediblər.