Rusiyanın Dərbənd şəhərində yarımstansiyada baş verən yanğın nəticəsində 30 minə yaxın abonent işıqsız qalıb.
Lent.az-ın xəbərinə görə, bu barədə şəhər meriyası məlumat yayıb.
"Dərbənd-330" yarımstansiyasında yanğın baş verib, yanğın dərhal söndürülüb. Yarmstansiyanın sıradan çıxması səbəbindən şəhərin Puşkin küçəsindən cənub hissəsinə, eləcə də Dərbəndin ona bitişik hissəsində elektrik enerjisi yoxdur. Ehtimallara görə, 30 mindən çox abonent işıqsız qalıb”, - məlumatda deyilir.
"İlkin məlumatlara görə, təmir iki günə qədər davam edə bilər. Dərbənd rəhbərliyi lazımi tədbirlərin görülməsi üçün operativ qərargahın fövqəladə iclasını çağırır", - şəhər rəhbərliyi əlavə edib.