Deputat Zelenskinin  iqamətgahını   vurmağa çağırdı
03 may 2023 18:00 (UTC +04:00)

Deputat Zelenskinin iqamətgahını vurmağa çağırdı

Rusiya Dövlət Dumasının deputatı Mixail Şeremet Ukrayna prezidentinin Kiyevdəki iqamətgahına raket zərbəsi endirməyi təklif edib.

Lent.az yerli KİV-ə istinadla bildirir ki, o, bunu Ukrayna PUA-larının Kremlin binasına hücumuna cavab kimi qiymətləndirib:

"Terrorçular Kiyevdə məskunlaşıblar və bildiyiniz kimi, onlarla danışıqlar mənasızdır... Zelenskinin Kiyevdəki iqamətgahına raket zərbəsi endirməyin vaxtı çatıb. Mən koordinatları təhvil verməyə hazıram - Bankova küçəsi, 11, Ukraynanın qondarma prezident administrasiyasının yerləşdiyi yerdə”.

O, həmçinin Vladimir Zelenskinin bundan sonra “qorxmağa başlamalı” fikrini də ifadə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1752
avatar

Oxşar yazılar