ABŞ-nin Havayı ştatında misli görünməmiş yanğınlarda ölənlərin sayı 110-a çatıb.
Lent.az xəbər verir ki, bu barədə ştatın qubernatoru Coş Qrin mətbuat konfransında deyib.
“Yüz on nəfər ölmüş hesab edilir”, - o, mətbuat konfransında açıqlayıb.
Xatırladaq ki, daha öncə Ağ Ev Prezident Co Bayden və həyat yoldaşının avqustun 21-də adalara səfər etmək niyyətində olduğunu bildirib.