Ukrayna polisi “Avto Kopala” ləqəbli “qanuni oğru” Avtandil Kobeşavidzeni ölkədən deportasiya edə bilməyib.
Lent. az-ın yerli KİV-ə istinadən məlumatına görə, Kiyevin “Borispol” aeroportundan Batumiyə getmək üçün təyyarəyə mindirilən “Avto Kopala” pasportunu yeyib.
Məlumata görə, “qanuni oğru”ya görə, uçuş təxirə salınıb. Yüzdən çox sərnişin saatlarla gözləmə zalında qalıb. Avtandil Kobeşavidze isə Ukrayna və Gürcüstanı çıxılmaz vəziyyətdə qoyub. Pasportu yararsız olduğundan o, nə Gürcüstana gedə bilir, nə də Ulrayna onu geri qaytarır.
Xatırladaq ki, “Avto Kopala”nın azərbaycanlı “qanuni”oğru” “Dato Ağcabədinski” ləqəbli Cavid Məmmədovla dostluq münasibəti var. Onlar bir yerdə Rusiyanın ən məşhur həbsxanası sayılan “Vladimirski sentral”da bir yerdə cəza çəkiblər.