“Danışmaq qadağan edilsin” – Pandemiya əleyhinə TƏKLİF  
23 yanvar 2021 11:20 (UTC +04:00)

“Danışmaq qadağan edilsin” – Pandemiya əleyhinə TƏKLİF  

Mutasiya etmiş yeni koronavirus növlərinin yayılma təhlükəsinin artması ilə əlaqədar Fransada metro və digər nəqliyyat növlərində sərnişinlərin mobil telefonla, ümumiyyətlə, danışmağın qadağan edilməsi tövsiyə olunub.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Fransa Tibb Akademiyası təklif irəli sürüb.

Bildirilib ki, koronavirusa yoluxma riskini minimuma endirmək üçün nəqliyyat vasitələrində, eləcə də əhalinin sıx toplaşdığı yerlərdə mobil telefon da daxil olmaqla, danışmaq qadağan edilməlidir.

Bu arada ölkənin Səhiyyə naziri Oliver Veran cərrahiyyə maskaları istisna olmaqla, digər bütün növ maskaların, xüsusilə də evdə hazırlanan maskaların koronavirusdan qorunma səviyyəsini təmin etmədiyini söyləyib. Akademiya mütəxəssisləri isə nazirin fikirləri ilə razılaşmadıqlarını diqqətə çatdırıblar: 

“Bu cür yanaşma ehtiyat prinsipi kimi deyilə bilər, lakin kifayət qədər elmi dəlillərə əsaslanmır. Belə fikirlər əhali arasında çaşqınlıq, yaxud qarışıqlıq yarada, eyni zamanda rəsmi təlimatların doğruluğuna dair şübhələrə səbəb ola bilər”. 

Akademiya ölkə əhalisinə ən yaxın məsafə 1 metrdən çox olduqda belə tibbi maskalardan istifadənin vacibliyini tövsiyə edib. Bildirilib ki, maska həm ağzı, həm də burnu əhatə etməlidir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2633

Oxşar yazılar

Tramp məzuniyyətdən imtina etdi - Şok səbəb

Tramp məzuniyyətdən imtina etdi - Şok səbəb

20 avqust 2025 , 05:50
Avtomobillərdə videoregistrator  və GPS  məcburi olacaq

Avtomobillərdə videoregistrator  və GPS məcburi olacaq

20 avqust 2025 , 04:46
Polis tutuquşu   sayəsində narkoşəbəkəni ələ keçirdi

Polis tutuquşu sayəsində narkoşəbəkəni ələ keçirdi

19 avqust 2025 , 18:54
Həbsdən yayınmaq üçün 4 ilə 3 uşaq doğdu

Həbsdən yayınmaq üçün 4 ilə 3 uşaq doğdu

19 avqust 2025 , 18:10
Avqust ayında ilk qar yağdı  - GÖZLƏNİLMƏZ

Avqust ayında ilk qar yağdı - GÖZLƏNİLMƏZ

19 avqust 2025 , 17:56
Aktrisa  meşədə azaraq öldü

Aktrisa meşədə azaraq öldü

19 avqust 2025 , 17:41
Deputat parlament binasında intihar etdi

Deputat parlament binasında intihar etdi

19 avqust 2025 , 17:27
Gənc qadın 18-ci mərtəbədən  yıxılıb öldü

Gənc qadın 18-ci mərtəbədən yıxılıb öldü

19 avqust 2025 , 14:26