Mərakeşin cənubundakı Aqadir stansiyası 50,4°C istilik qeydə alıb.
Lent.az “Figaro”ya istinadla xəbər verir ki, bu barədə Mərakeşin Baş Meteorologiya İdarəsi məlumat yayıb. Bildirilib ki, bu, Mərakeşdə meteoroloji ölçmələr tarixində ən yüksək göstəricidir. Bundan əvvəlki rekord təxminən 2 həftə əvvəl Qərbi Böyük Səhrada yerləşən Smara şəhərində qeydə alınıb: 49,9°C.
Qeyd edilib ki, Mərakeşin bəzi ərazilərində bu həftə temperatur iqlim normasından 13 dərəcə yüksək olub.