İstanbuldakı Birgə Koordinasiya Mərkəzi Ukrayna limanlarından daha 7 gəminin çıxışına icazə verib.
Lent.az-ın xəbərinə görə, bu barədə Birgə Koordinasiya Mərkəzi məlumat yayıb.
Gəmilərin ümumi yükü 210 294 tondur. Onlar Çin, Türkiyə, İtaliya, Rumıniya, Misir, Niderland və ispaniyaya taxıl və qarğıdalı daşıyır.
Birgə Koordinasiya Mərkəzi bazar günü daha 6 gəmiyə baxış keçirməyi planlaşdırır.